Aktau şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Aktau şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edib.
Tədbirdə çıxış edən Baş konsul Ayxan Süleymanlı 108 il əvvəl müsəlman şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğunu xatırladıb. O, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyasının Azərbaycanı güclü iqtisadiyyata sahib, özünü təmin edən müasir bir dövlətə çevirdiyini vurğulayıb.
Baş konsul Azərbaycanın hazırda Qərblə Şərq arasında mühüm enerji və nəqliyyat qovşağı, həmçinin önəmli logistik mərkəz rolunu oynadığını qeyd edib. O, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsinin tarixi əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Aktau şəhərinin meri Abilkair Baypakov isə öz növbəsində Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edib. O, iki ölkə arasındakı strateji tərəfdaşlığın dövlət başçılarının xüsusi diqqət və dəstəyi ilə daha da möhkəmləndiyini bildirib.
Rəsmi qəbul bədii hissə ilə davam edib. Qonaqlara Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən kitab sərgisi təqdim olunub, həmçinin Azərbaycan və Qazaxıstanın milli rəqslərindən ibarət konsert proqramı nümayiş etdirilib.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



