Son xəbərlər:

Göyçayda ağır qəza - Xəsarət alanların son durumu

top-news
  • 27 May, 2026
https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

TƏBİB-dən AZXEBER.COM-a bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi və 1 qadın) müalicələri Cərrahiyyə şöbəsində, vəziyyəti ağır qiymətləndirilən 1 nəfərin (qadın) müalicəsi Anesteziologiya, Reanimasiya və İntensiv terapiya şöbəsində davam etdirilir. 2 nəfərin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, 1970-ci il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı daha 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media