Gürcüstan Prezidenti Tbilisidəki Cümə məscidində
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidəki Cümə məscidini ziyarət edib
Mayın 27-də Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qurban bayramı münasibətilə Tbilisidəki Cümə məscidini ziyarət edib.
Məscidin qarşısında dövlət başçısını Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, habelə Türkiyə, Türkmənistan və digər müsəlman ölkələrinin diplomatik korpus nümayəndələri və din xadimləri qarşılayıblar.
Dostluq və qardaşlıq vurğusu
Prezident Mixeil Kavelaşvili müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyətini qeyd edib. O, Azərbaycanı özünə doğma dövlət kimi qəbul etdiyini bildirib:
“Azərbaycan və Gürcüstan arasında sülh, sabitlik və əməkdaşlıq regionda ümumi təhlükəsizlik mühitinin möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və tarixi bağlar üzərində qurulub.”
İcmanın cəmiyyətdəki rolu
Dövlət başçısı çıxışında Gürcüstanda yaşayan azərbaycanlı icmanın və ümumilikdə müsəlmanların ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, müsəlman icmasının Gürcüstanın ictimai-siyasi həyatında, mədəniyyət və iqtisadiyyatının inkişafında oynadığı mühüm rolu yüksək qiymətləndirib.
Görüş zamanı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze ölkədə dini icmalara göstərilən dövlət qayğısından bəhs edib. Sonda müsəlman icması tərəfindən Gürcüstan Prezidentinə simvolik hədiyyələr təqdim olunub.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



