Son xəbərlər:
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar.Ümumtəhsil məktəbində onlar “Qurma” adlı art-studiya ilə tanış olublar. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladıqları xalçalar, rəsm əsərləri və tikiş nümunələri nümayiş etdirilir.
Məktəbdə, həmçinin əyləncəli proqram təşkil olunub. Uşaqlar öz əl işlərini qonaqlara hədiyyə ediblər.
Şərh yaz
Xanaları doldurun*



