Son xəbərlər:

Azərbaycan minifutbol millisi növbəti dəfə Avropa çempionu oldu!

top-news
  • 05 Jun, 2026
https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Azərbaycan minifutbol millisi növbəti dəfə Avropa çempionu oldu!

​Azərbaycanın idman tarixinə daha bir parlaq səhifə yazılıb.
​Ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən minifutbol üzrə milli komandamız növbəti dəfə Avropa çempionu tituluna sahib çıxıb.
​Xatırladaq ki, 2022-ci ildə Avropa çempionu, 2025-ci ildə isə dünya çempionu adını qazanan millimiz, bu qələbə ilə öz hegemonluğunu bir daha təsdiqləyib. Komanda idman növündə əldə edilən bu möhtəşəm uğur idman ictimaiyyəti və bütün azarkeşlərimiz üçün ikiqat sevinc və qürur mənbəyinə çevrilib.
​Komandamızın göstərdiyi əzmkarlıq, peşəkarlıq və qələbə əzmi ölkəmizin idman potensialının nə qədər yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.
​Biz də öz növbəmizdə, böyük zəhmət və əməyin nəticəsi olan bu tarixi qələbə münasibətilə minifutbol üzrə milli komandamızı səmimi-qəlbdən təbrik edir, idmançılarımıza gələcək yarışlarda yeni-yeni uğurlar və parlaq qələbələr arzulayırıq!

https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media