MEDİA-nın bəyanatı: MEDİA, Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı yayılan iddiaları dezinformasiya kimi qiymətləndirib və CNN-in informasiya təxribatına dair bəyanat yayıb.
MEDİA-dan CNN-in informasiya təxribatına dair kəskin bəyanat
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) beynəlxalq media qurumları tərəfindən ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyası ilə bağlı rəsmi bəyanat yayıb.
Agentliyin bəyanatında bildirilir ki, son günlər bəzi xarici media orqanlarında, xüsusilə CNN kanalında Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və tamamilə uydurmadır.
MEDİA bu məlumatları növbəti bir informasiya təxribatı və dezinformasiya kimi qiymətləndirib. Bəyanatda vurğulanır ki, bu cür əsassız iddiaların yayılması Azərbaycanın beynəlxalq nüfuzuna zərər vurmaq və ölkəni regional qarşıdurmalara cəlb etmək məqsədi daşıyır.
"Azərbaycan hər zaman dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və ərazi bütövlüyü prinsiplərinə sadiq qalıb. Ölkəmizin ərazisinin hər hansı bir dövlətə qarşı istifadə olunması barədə yayılan iddialar heç bir fakta əsaslanmır və qərəzli xarakter daşıyır", - deyə bəyanatda qeyd olunub.
Agentlik beynəlxalq media qurumlarını jurnalistika etikasına riayət etməyə və yayılan məlumatların dəqiqliyini yerli rəsmi mənbələrlə yoxlamağa çağırıb.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



