Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olubQəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub
Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə rayon ərazisində fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Arif Allahverdiyev açaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı" aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və ixrac imkanlarının artırılmasının əsas məqsəd kimi müəyyənləşdirdiyini vurğulayıb.
Görüş zamanı iştirakçılar kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə təklif və fikirlərini səsləndiriblər. Fermerlərin qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, onların təklifləri dinlənilərək fikir mübadiləsi aparılıb.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



