Son xəbərlər:

Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

top-news
  • 09 Jun, 2026
https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Suriya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, həmçinin Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası məsələlərini də müzakirə ediblər.
Suriya tərəfi yeni qurulan konsulluq xidmətlərinin gələcək inkişafı üçün Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media