Son xəbərlər:

Azərbaycan nefti rekorda doğru - Qiymət görün neçə dolları keçdi

top-news
  • 09 Jun, 2026
https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,61 ABŞ dolları və ya 0,61 faiz artaraq bir barel üçün 100,09 ABŞ dolları təşkil edib.


Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,66 dollar və ya 0,68 faiz bahalaşaraq 97,67 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,13 dollar və ya 0,18 faiz artaraq bir barel üçün 72,81 dollara çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,82 dollar və ya 0,84 faiz artaraq bir barel üçün 98,66 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media