Son xəbərlər:

Bakı Enerji Həftəsi

top-news
  • 02 Jun, 2026
https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

​Bakı Enerji Həftəsi” çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası baş tutub.
​Tədbir Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq keçirilib.
​İclasda tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin cari vəziyyətini, enerji təhlükəsizliyi, ticarət, investisiya mühitinin yaxşılaşdırılması və rəqəmsal iqtisadiyyat kimi strateji əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
​Qeyd olunub ki, bu dialoq formatı iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçməsinə, qarşılıqlı maraq doğuran sahələrdə layihələrin icrasının sürətləndirilməsinə və biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcək. https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media