İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 93%-i elektron formada olub
İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 93%-i elektron formada olub
İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 93%-i elektron formada olub
Iyun 05, 2026 12:27
2026-cı ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə edilən 6,5 milyondan artıq müraciətin 93%-ə qədəri elektron xidmətlərin payına düşür.
Nazirlik tərəfindən göstərilən xidmətlərə 2026-cı ilin yanvar–mart aylarında 6,5 milyondan artıq müraciət qeydə alınıb. Müraciətlərin 92,7%-i elektron xidmətlərin payına düşür.
Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 283 xidmət göstərilir ki, onların 175-i (61,8%) elektronlaşdırılıb.
Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az, həmçinin Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, eləcə də müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.
Sahibkarlar bu onlayn platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi informasiya əldə edə və biznes fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.
Sahibkarlara lisenziyaların verilməsi xidməti tam elektronlaşdırılıb. Sahibkarlar müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq “ASAN xidmət” mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinin “Elektron Xidmətlər Portalı” vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradılıb. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.
İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması əhəmiyyət kəsb edir. Göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



