Son xəbərlər:

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri görüşüblər

top-news
  • 02 Jun, 2026
https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb. 

Protokola uyğun olaraq, təntənəli qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, abidələrin önünə əklillər qoyub. https://www.economynews.az/public/frontend/img/post-add/add.jpg

Şərh yaz

Xanaları doldurun*

Axtarış

Xəbərlər

add
Awesome News & Blog Theme For Your Next Project Buy Now

Qalareya

Təqlər

Sosial Media