Əl-Hədəs”: İran və ABŞ arasında müvəqqəti razılaşma dörd mərhələdə həyata keçiriləcək
“Əl-Hədəs”: İran və ABŞ arasında müvəqqəti razılaşma dörd mərhələdə həyata keçiriləcək
Vaşinqton və Tehran arasında əldə olunan müvəqqəti razılaşmanın detalları ilə bağlı yeni məlumatlar yayılıb. “Əl-Hədəs” telekanalının məlumatına görə, prosesin icrası dörd mərhələdən ibarət olacaq.
Mənbə qeyd edir ki, razılaşmanın həyata keçirilməsi zamanı bir mərhələdən digərinə keçid avtomatik baş verməyəcək. Belə ki, növbəti mərhələyə keçid üçün hər bir addımda nəzərdə tutulan öhdəliklərin tərəflər tərəfindən tam və dəqiq yerinə yetirilməsi şərt qoyulub.
Mütəxəssislər hesab edirlər ki, bu, tərəflər arasında etimad mühitinin yaradılması üçün seçilmiş "mərhələli yanaşma" strategiyasıdır. Hələlik rəsmi Vaşinqton və Tehran tərəfindən sözügedən dörd mərhələli planın konkret detalları və zaman qrafiki barədə geniş açıqlama verilməyib.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər
Awesome News & Blog Theme For Your Next Project
Buy Now



