Son xəbərlər:
İran və ABŞ arasındakı gərginliklə bağlı danışıqlar diqqət mərkəzindədir; Trampın İranla bağlı razılaşmaları müzakirə etdiyi bildirilir. Britaniyada hökumət daxilində istefa xəbərləri yayılıb.
ABŞ Prezidenti Donald Tramp tərəflərin razılığa gəldiyini və sənədin yaxın günlərdə, ehtimal ki, bu həftəsonu Avropada imzalanacağını bəyan etsə də, İran tərəfi bunu təkzib edib. İranın danışıqlar qrupuna yaxın mənbələr hələlik heç bir rəsmi sənəd və ya memorandumun təsdiqlənmədiyini bildiriblər. ABŞ lideri razılaşma əldə olunduğu üçün İrana qarşı planlaşdırılan hərbi zərbələrin ləğv edildiyini vurğulasa da, rəsmi Tehranın mövqeyi vəziyyəti yenidən qeyri-müəyyənliyə sürükləyib.Böyük Britaniya hökumətində istefa şoku: Müdafiə Nazirliyində ciddi kadr dəyişikliyi
Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının hökumətində, xüsusilə Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərin istefası siyasi böhran kimi qiymətləndirilir.Müdafiə naziri Con Hili, onun müavini Alister Karns və nazirliyin iki parlament katibi vəzifələrini tərk ediblər. İstefalara əsas səbəb kimi müdafiə sahəsinə ayrılan vəsaitlərin miqdarı ilə bağlı hökumətlə yaranan narazılıq göstərilir. Nazirlər hökumətin müdafiə xərclərini kifayət qədər artırmadığını bəyan ediblər. Baş nazir Kir Starmerin hökuməti üçün ciddi zərbə hesab olunan bu prosesdən sonra müdafiə naziri vəzifəsinə Den Carvis təyin olunub.
Şərh yaz
Xanaları doldurun*



