Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib
Azərbaycan-Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib. Mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar. Daha sonra nümayəndə heyəti əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətlərini bildiriblər.Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Belarusa səfər çərçivəsində Samir Şərifov Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi və Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” ilə tanış olub. Azərbaycan Ticarət Evində “Made in Azerbaijan” brendi altında təqdim edilən məhsullarla tanış olan Samir Şərifov bu platformanın Azərbaycan məhsullarının Belarus bazarında tanıdılması, ixrac imkanlarının genişləndirilməsi və işgüzar əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Şərh yaz
Xanaları doldurun*
Axtarış
Xəbərlər



